|
YENİLİKLƏR
Xəbərlər
Son Yenilənmə 04.07.2007
Qəşəm Nəcəfzadənin şeirləri Avropada...
“Azərbaycan” jurnalının poeziya şöbəsinin
müdiri, tanınmış şair 15 şeir kitabının müəllifi
Qəşəm Nəcəfzadə bu il iyunun 16- dan iunun 23 ə
kimi Hollandiyada kecirilən 38- ci Beynəlxalq
Poeziya Festivalinda iştirak etmişdir. Poeziya
bayramı 6 gün davam edib. Xatırladırıq ki, iki
ay önçə dünyanın hər yerindən, o cümlədən
Azərbaycandan sözü gedən poeziya festivalında
iştirak etmək ücün ingilis dilinə cevrilmiş
şerlər göndərilmişdi. Qəşəm Nəcəfzadənin
şeirləri münsiflər heyətinin diqqətini xüsusilə
cəlb edib. Bunu proqramın rəhbəri Jan Willem
Anker Azərbaycan üzrə əlaqələndirici “Dünya
Ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim
Babullaoğluna gəldikləri qərarın nəticələri
barədə ünvanladığı məktubda yazıb.” Biz Qəşəmin
şeirlərini oxuduqca yeni bir şairi kəşf edə
bildik”- deyə Jan Willem Anker öz fikirlərini
bildirib.
1970-ci ildən bu günə qədər keçirilən bu poeziya
bayramı Avropada iki böyük festivaldan
birinicisi, Hollandayada isə ildə bir dəfə
kecirilən yeganə ən böyük poeziya festivalıdır.
Festivalın seçim mərhələsində dünyadan 23 şair
seçilib.Bu poeziya tədbirində Amerika, İspaniya,
Fransa, Yaponiyo, Rusiya, İrak, Çin, Anqola,
Ermənistan, Gürcüstan, Almaniya, Estoniya, Misir
və başqa ölkələrdən tanınmış şairlər iştirak
edib. Qəşəm Nəcəfzadə həmin tədbirdə iiştirak
edən ilk Azərbaycan şairidir Festivalın əsas
məqsədi dünya şairlərini bir –birinə tanıtmaq,
ən başlıcası isə Avropaya ədəbi intiqrasiyanı
sürətləndirməkdir. Qəşəm Nəcəfzadənin Festival
tərəfindən ingilis, holland dillərində kiçik
həcimli kitabçaları və 23 şairin birgə almanxı
çap olunub. Festival 800 nəfər tutan Rotderdam
şəhər teatrında hər gün öz işini davam etdirib.
Bundan başqa teatrın ayrı-ayrı zalllarinda
müxtəlif seminarlar keçirilib. Və Qəşəm
Nəcəfzadənin ingilis və holland dilinə çevrilmiş
şeirlərinin tərcümə semnarı keçirilib.
Festivalın işi müntəzəm olaraq radio və
televiziya ilə yayımlanıb. Avropanın müxtəlif
ölkələrindən gəlmiş jurnalistlər festivalın
işini öz ölkələrində geniş şəkildə yayıb.
Gürcüstan, Azərbaycan və Ermənistan
Hollahdiyadakı səfirləri adı çəkilən ölkələrdən
şairlər iştirak etdiyinə görə festivalın işinə
qatılıb. Ölkəmizin Hollandiyadakı səfiri Fuad
İsgəndərov Qəşəm Nəcəfzadə ilə görüşüb.
Hollandiyada fəaliyyət göstərən BAK-n sədri
Sahil Qasimovun başçılığı ilə orada yaşayan
həmyerlilərimiz, eyni zamanda Belçikadan ,
Almaniyadan gəlmiş azərbaycanlılar , türklər,
türkmən dərnəklərinin üzvüləri həmyerlimizə
böyük dəstək veriblər. Şair bugünkü çağdaş ədəbiyyatımız
haqqında festival iştirakçılarına ətraflı
məlumat verib. O- “bu uğur tək mənim deyil,
çağdaş Azərbaycan ədəbiyyatının uğurudur”-
deyib. Həmyerlimiz Bakıda 2007-ci ildə ingilis
və rus dillərində cap olunmuş kitablarinin 200
nüsxəsini festival iştirakçılarına hədiyyə edib.
Misirdə, Çində, Fransada, Amerikada gələn ilin
əvvəlinə kimi həmin ölkələrdən içtirak edən
şairlərin dəstəyi ilə həmyerelimizin şeirləri
tərcümə edilib kitab halında çap olunacaq və
sonra müəllif həmin ölkələrə dəvət alacaq.
Festivaldan
şəkillər:



















Qəşəm Nəcəfzadənin
01-07-2007 tarixində
"Alma" qəzetində müsahibəsi dərc olunmuşdur.
Azərbaycan poeziyası Avropada
Qəşəm Nəcəfzadə: “Mən bunu təkcə özümün yox, həm
də çağdaş ədəbiyyatımızın uğuru hesab edirəm”
Ötən saylarımızın birində tanınmış şair Qəşəm
Nəcəfzadənin Hollandiyada keçirilən 38-ci
Beynəlxalq Poeziya Festivalında Azərbaycan
ədəbiyyatını təmsil edəcəyi ilə bağlı yazı dərc
etmişdik. Artıq festival başa çatıb. Şairlə
görüşüb festival təəssüratlarını bizim
oxucularla da bölüşməsini xahiş etdik.
Bir daha qeyd edək ki, bu, dünyanın ən nüfuzlu
poeziya festivalllarından biridir və burada
Azərbaycan ədəbiyyatı ilk dəfədir ki, təmsil
olunurdu.
Ətraflı
Şeir yarışı başladı...
Qəşəm
Nəcəfzadə Hal- hazırda Hollandiyada 38-ci
Beynəlxalq Poeziya Festivalının tədbirlərində
iştirak edir. Aldığımız məlumata görə tədbir
iyun 16-da saat 20.00 da paradla başlayıb. Sonra
800 nəfərə yaxin insanı öz qoynuna alan
Rotderdam şəhər teatrında Festivalın təntənəli
açılışı olub.
Açılışda həmyerlimiz bir-neçə şeir oxuyub.
Birinci mərhələdə “Söz” haqqında oxunan şeirlər
tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 23
ölkədən dəvət olunmuş şairlər yüksək qayğı ilə
əhatə olunub.
Tədbirlərin sonunda şairlər məşhur Atlanta
hotelində dincəlirlər.
Şairlə görüş
Bu
günlərdə Xəzər unversitetində tanınmış şair
Qəşəm Nəcəfzadə ilə görüş keçirilb. Tədbiri
giriş sözü ilə açan ingilis dili kafedrasının
müdiri Eldar Şahgəldiyev şairin həyat və
yaradıcılığı haqqinda tələbələrə geniş məlumat
verib: “Qəşəm Nəcəfzadə Azərbaycan Yzıçılar
Birliyinin idarə heyətinin üzvüdür və
“Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri
vəzifəsində işləyir. İndiyə kimi şairin 15
kitabı cap olunub.”Sevginin sonunu deməyin mənə”,
“Yatmış dəniz şəkli”, “Bir gəlin dalğa ilə
yan-yana”, “Gülümsəyən ağac”, “Şeirimin bəxti”,
“Sevmək istəyirəm təzədən”, “Sən yadıma düşəndə”,
“Və sairə”, “Əlvida dünyaya gələnə kimi”, “Özümə
doğru”, “Ömür kitabıma düzəliş”,”Qadının ölümü”
və başqa maraqlı şeir kitablarının müəllifidir.
Bu günlərdə şairin ingilis dilində “Axşam
əhvalatları” (The Evening Stories) və rus
dilində ”Çevrilmə” (Превращение) kitabları da
işıq üzü görüb. Qəşəm Nəcəfzadə bu il iyunun 16
da Hollandiyada keciriləcək 38- ci Beynəlxalq
Poeziya Festivalinda iştirak etmək üçün həmin
ölkəyə dəvət alıb. Poeziya bayramı 6 gün davam
edəcək. Xatırladırıq ki, dörd ay önçə dünyanın
hər yerindən, o cümlədən Azərbaycandan sözü
gedən poeziya festivalında iştirak etmək ücün
ingilis dilinə cevrilmiş şerlər göndərilmişdi.
Qəşəm Nəcəfzadənin şeirləri münsiflər heyətinin
diqqətini xüsusilə cəlb edib.
Bunu
proqramın rəhbəri Jan Willem Anker Azərbaycan
üzrə əlaqələndirici “Dünya Ədəbiyyatı”
dərgisinin baş redaktoru Səlim Babullaoğluna
gəldikləri qərarın nəticələri barədə ünvanladığı
məktubda yazıb. “Biz Qəşəmin şeirlərini oxuduqca
yeni bir şairi kəşf edə bildik”- deyə Jan Willem
Anker öz fikirlərini bildirib. Onu da deyim ki,
Poeziya festivalında Ameruka üç dildə,
Azərbaycan, ingilis, rus dillərində düzənlənən
www.qeshemnecefzade.net saytında yerləşdirilib.”
Sonra Xəzər unversitetin müəllimi Xanım
Məmmədova şairin yaradıcılığının bədii
xüsusiyyətlərindən danşıb: “Məhz şair bu bədii
xüsusiyyıtlərə görə Avropada uğur qazanıb. Həm
də şair sərbəst şeirlərində şərqlə qərbin birgə
sintezini yaradib, bir növ şairin öz dili ilə
desək o şərqlə qərbi şeirlərində barışdırıb.
Bundan başqa şairin şeirləri ingilis dili yanaşı,
Rus, Özbək,Türküyə türkçəsi, Alman, Gürcü və
Polyaq dillərinə tərcümə olunub.” Həmçinin
görüşdə tələbələrdən Gülsüm Kazımova, Zümrüd
Əmirova, hindistanli tələbə Raziyə, nigeriyalı
tələbə Frauk və başqa tələbələr şairə suallar
verdilər və şaurin İngilis, Rus və Azərbaycan
dillərində şeirlərini əzbər söylədilər. Görüşün
sonunda Qəşəm Nəcəfzadə yeni şeirlərini oxudu və
sonra tələbələrlə xatirə şəkilləri çəkildi.
Qəşəm Nəcəfzadənin
15/05/2007 tarixdə
"Bizimki" internet jurnalında
müsahibəsi dərc olunmuşdur.
Məhəbbət eqoizm və intriqa
mənbəyidir
Qəşəm Nəcəfzadə Azərbaycan Yazıçılar Birliyinin
İdarə heyətinin üzvü, Uşaq Ədəbiyyatı
Seksiyasının rəhbəri,“Azərbaycan” jurnalının
poeziya şöbəsinin müdiridir. 80-cı illərdə
ədəbiyyata gəlib. İndiyə kimi şairin 15 şeir
kitabı nəşr olunub. Şeirləri rus, ingilis, alman,
gürcü, özbək, polyak və başqa dillərə tərcümə
edilib. Şair beynəlxalq şeir müsabiqəsində qalib
gələrək bu il Avropanin ən böyük şeir bayramına,
Hollandiyada keçiriləcək 38-ci Beynəlxalq
Poeziya Festivalına dəvət alıb. Xatırladırıq ki,
bu festival 1970-ci ildən keçirilir və Qəşəm
Nəcəfzadə bu festivalda iştirak edən ilk
Azərbaycan şairidir. Çoxdan tanıdığım
yaradıcılığı ədəbi prosesdə mübahisələrlə dolu
olan Qəşəm Nəcəfzadə ilə hal-əhval tutub xeyli
səhbətləşdik.
-Qəşəm Nəcəfzadə kimdir və hansı məqamlara görə
şeir yazır?
Ətraflı
Qəşəm Nəcəfzadənin
12/05/2007 tarixdə
"525-ci qəzet"ində
məqaləsi dərc olunmuşdur.
Yalnız öz boyu
qədəri uzaqla tanışdı adamlar
(Səlim Babullaoğlunun şeirləri haqqında esse)
Səlimin şeirləri riyaziyyat qədər həqiqətdir.
Ancaq bu həqiqətin yolu çox uzundu,
isbatına bir ömür belə çatmaz. Bu şeir
riyaziyyatında əsas məsələ qalın bir dəftərin
sonuncu vərəqi deyil, əsas zamandı, bəlkə də min
il, milyon il zaman məsafəsi. Ədəbiyyatda elə
şeirlər var ki, başdan-ayağa yalandı, yanmış
kağız püfəsidir, üfürürsən gedir. Heç vaxt belə
şeirlər dünya qanunlarına əsaslanmır. Səlimin
şeirləri dünyanın fiziki, kimyəvi, riyazi, ədəbi,
məntiqi qanunlarına söykənir. Hər binanın bir
ustası olduğu kimi, bu şeirlərin də bir
yaradıcısı, qurucusu var:
Ətraflı
05/05/2007
"EXO" qəzeti

На фестивале поэзии будет
участвовать и азербайджанский поэт
Им оказался редактор литературного отдела
журнала "Азербайджан", член Союза писателей,
поэт Гашем Наджафзаде.
Редактор литературного отдела журнала
"Азербайджан", член Союза писателей, поэт Гашем
Наджафзаде в середине июня будет представлять
нашу страну на международном фестивале поэзии в
Нидерландах.
Гашем Наджафзаде родился в 1959 году в
Имишлинском районе. После окончания школы
продолжил свое образование в Баку. Окончил
Азербайджанский педагогический университет и
долгое время работал преподавателем литературы в
родном районе. Перу Наджафзаде принадлежат 15
сборников стихов, большая часть которых была
опубликована еще в советское время. Стихи поэта
переводились на русский, английский, узбекский,
турецкий, немецкий и другие языки мира.
Ətraflı
02/05/2007
"Ayna" qəzeti
MODERN ŞAİRLƏR BİR ARAYA GƏLƏCƏKLƏR
Qəşəm Nəcəfzadə beynəlxalq poeziya festivalında
20 Yanvar, Xocalı hadisələrindən bəhs edəcək.
Xəbər verdiyimiz kimi, 40-a yaxın Azərbaycan
şairi şeirlərini iyunun 16-dan 23-dək
Hollandiyada keçiriləcək 38-ci Beynəlxalq
Poeziya Festivalına göndərib. Onlardan biri - "Azərbaycan"
jurnalının poeziya bölməsinin müdiri, Yazıçılar
Birliyi idarə heyətinin üzvü, 13 kitab müəllifi
Qəşəm Nəcəfzadə festivala ingilis və rus
dillərində müxtəlif mövzulu şeirlərini təqdim
edib.
Ətraflı
Qəşəm Nəcəfzadənin
29/04/2007 tarixdə
"Vətəndaş həmrəyliyi" qəzetində müsahibəsi dərc olunmuşdur.
Qəşəm
Nəcəfzadə: İçimdə bütöv bir kənd var.
- Siz özünüzü məşhur hesab edirsinizmi?
-Əsla. Mən özümü məşhur hesab etmirəm. Nə
etmişəm məşhur olum. Bir də ki, şair məşhur
olmaz, müğənni, artist məşhur olar. Çox istərdim
şeirim məşhur olsun, ancaq bu mənim
yaradıcılığımın qismətinə düşmədi. Oxucum bilsin
ki, mən nə yazıram, nədən yazıram, bu mənim
bəsimdir. Mən yeni quruluşla ayaqlaşa bilmirəm,
kapitalist münasibətləri mənim məşhurlaşmağıma,
ümumiyyətlə, ədəbiyyatın inkişafına mane olur.
Ancaq hər halda müstəqil bir ölkənin vətəndaşı
olmağım da yetər mənə.
Ətraflı
HOLLANDİYADA KEÇİRİLƏCƏK POEZİYA
FESTİVALINDA AZƏRBAYCAN DA TƏMSİL OLUNACAQ
AzərTAc
xəbər verir ki, bu il iyunun 16-dan 23-dək
Hollandiyada 38-ci Beynəlxalq Poeziya
Festivalı keçiriləcəkdir.
Bu mötəbər tədbirdə ölkəmizi “Azərbaycan”
jurnalının poeziya bölməsinin müdiri,
Yazıçılar Birliyi idarə heyətinin üzvü Qəşəm
Nəcəfzadə təmsil edəcəkdir. Bu festival
1970-ci ildən keçirilir və hər il dünyanın
20-dən çox ölkəsindən yüzlərlə şair iştirak
edir. Məqsəd ayrı-ayrı dillərdə yazan
poeziya ustalarının yaradıcılığının
beynəlxalq aləmdə tanınması, çağdaş dünya
şairlərinin bir araya gəlməsidir.
Rotterdam şəhərində 800-dən çox iştirakçının
qatılacağı bu festivala həmyerlimiz ingilis
və rus dillərində müxtəlif mövzulu, o
cümlədən Xocalı, 20 Yanvar hadisələri ilə
bağlı yazdığı əsərlərlə yanaşı,
faciələrimizi əks etdirən fotoslaydlar,
bukletlər, Qarabağ münaqişəsinə dair
kitablar aparacaqdır.
İştirakçıların Hollandiya televiziyası və
radiosu vasitəsilə çıxışı da gözlənilir.
Xatırladaq ki, Azərbaycanın 40-a yaxın şairi
poeziya nümunələrini festivala göndərmişdir.
Qəşəm Nəcəfzadənin
28-30/04/2007 tarixdə
"Paritet" qəzetində müsahibəsi dərc olunmuşdur.
Qərb
və Şərqin sintezindən yazan tərəkəmə
Yovşan
ətrinin və nənəsinin söz boğçasından çağdaş
poeziyaya gələn
fermer şair Qəşəm Nəcəfzadə özü və epik şeirləri
haqda.
Yaradıcılığa nənəsindən eşitdiyi folklor
nümunələrinin, tərəkəmə qadınların dup-duru
dilinin, intəhasız türk bozqırını andıran Muğan
çöllərindəki köç sədalarının təsirilə gəlib.
Amma tələbə olanda yeniyetməykən yazdıqlarını
bəyənməyib, müəllim olanda tələbəykən
yazdıqlarını, jurnalist olanda müəllimkən
yazdıqlarını. Beləcə özünü inkar edə- edə “
Pərvanə” ədəbi məclisini qurub və Yazıçılar
İttifaqınının “Azərbaycan” jurnalinda poeziya
şöbəsinə rəhbərlik etməyə başlayıb. Rəhbərlik
etdiyi məclisin bir çox yetirmələri də onu
bəyənmir. Bir sözlə, Qəşəm Nəcəfzadə 80-ci illər
ədəbi nəslinin – bir ayağı folklorda və ya
klassik Şərq poeziyasında, bir ayağı isə Qərbin
epik –erotik poeziyasında olan nəsli anlayacaq
qədər maraqlı müsahibdir.
Ətraflı
Qəşəm Nəcəfzadənin
27/04/2007 tarixdə
rus dilində
çıxan "Kaspiy" qəzetində müsahibəsi dərc olunmuşdur.
СТИХИ
В СТИЛЕ «МОДЕРН»
Произведения азербайджанского поэта прозвучат в
Роттердаме
Международный фестиваль поэзии, проходящий в
Роттердаме, является самым большим в Голландии и
вторым по величине в Европе. В этом году впервые
в данном мероприятии примет участие и наш
соотечественник – писатель и поэт Гашам
Наджафзаде. Фестиваль начнется 16 июня и
продлится шесть дней. Главной же целью его
является знакомство людей искусства разных стран
друг с другом.
Ətraflı
Qəşəm Nəcəfzadənin
29/04/2007 tarixdə
"Reytinq" qəzetində müsahibəsi dərc olunmuşdur.
“70
illik yubileyimdə mən ancaq
gənclərə söz verəcəyəm”
( Tanınmış şair Qəşəm Nəcəfzadə ilə müsahibə)
Qəşəm Nəcəfzadə:- “Altı da, üstü də neft və
milyonlar səltənəti olan, göydələnləri ayaq açıb
yeriyən bir ölkənin 50 yaşlı şairi hələ də
kirayə qalırsa və qızına gələn elçiləri yer
olmadığından qapı da ayaq üstə qəbul edirsə və
50 yaşlı bu Azərbaycan şairi öz qızının yanında
beləcə sınırsa, bəc bu şair “Vətən” haqqında
şeirini necə yazsın? Gərək Vətən bizi bu qədər
sınmağa qıymasın. Mən cənab prezidentə, və onun
Azərbaycan Yazıçılar Birliyi üzvlərinin sosial
təminatının yaxşılaşdırılması haqqında
imzaladığı fərmana şox böyük inamım var.”
Ətraflı
Qəşəm Nəcəfzadənin
22-04-2007 tarixində
"Alma" qəzetində müsahibəsi dərc olunmuşdur.
38-ci
Beynəlxalq Poeziya Festivalında azərbaycanlı
şair!
Qəşəm Nəcəfzadə: "Festivalda
bəyənilən şeirlərim Şərq və Qərb dəyərlərinin
birgə sintezidir. Bu şeirlərdə ruh Şərq, forma
isə Qərbdir. Mən şeirlərimdə Şərqlə Qərbi
barışdırmışam".
Bu il iyunun 16-da Hollandiyanın
Rotterdam şəhərində start götürəcək və sayca
38-ci dəfə keçiriləcək Beynəlxalq Poeziya
Festivalına ilk dəfə olaraq, Azərbaycan şairi
Qəşəm Nəcəfzadə də dəvət alıb. Bu dəvətin necə
reallaşdığı, eləcə də festivalın özü haqqında
ətraflı məlumat almaq üçün Qəşəm bəylə görüşüb
söhbətləşdik.
Ətraflı
Qəşəm Nəcəfzadə festivala dəvət alıb
Qəşəm Nəcəfzadə bu il iyunun 16 da Hollandiyada
keciriləcək 38- ci Beynəlxalq Poeziya
Festivalinda iştirak etmək üçün həmin ölkəyə
dəvət alıb. Poeziya bayramı 6 gün davam edəcək.
Xatırladırıq ki, iki ay önçə dünyanın hər
yerindən, o cümlədən Azərbaycandan sözü gedən
poeziya festivalında iştirak etmək ücün ingilis
dilinə cevrilmiş şerlər göndərilmişdi. Qəşəm
Nəzəfzadənin şeirləri münsiflər heyətinin
diqqətini xüsusilə cəlb edib. Bunu proqramın
rəhbəri Jan Willem Anker Azərbaycan üzrə
əlaqələndirici “Dünya Ədəbiyyatı” dərgisinin baş
redaktoru Səlim Babullaoğluna gəldikləri qərarın
nəticələri barədə ünvanladığı məktubda yazıb.”
Ən cox bizi Qəşəm Nəcəfzadənənin şeirləri
təsirləndirdi. Əgər bizim sizinlə əlaqəmiz
olmasaydı Qəşəm Nəcəfzadənin şeirləri ilə tanış
ola bilməzdik. Biz Qəşəmin şeirlərini oxuduqca
yeni bir şairi kəşf edə bildik”- deyə Jan Willem
Anker öz fikirlərini bildirib.

Bu günlərdə Qəşəm Nəcəfzadənin “Qadının ölümü” şeirlər
kitabı "Vektor" nəşriyyatında cap olunub. Kitabda şairin son illərdə yazdığı
şeirlər toplanıb. Kitabın redaktoru
professor Hacı Elçin İsgəndərzadədir. “Qadının ölümü”
kitabını Azərbaycan Yazıçılar
birliyinin 1-ci mərtəbəsindəki kitab
mağazasından və “Bakı
Soveti” metrosunun
girişində yerləşən kitab köşkündən əldə etmək
olar.

Bu günlərdə Polşada “Müasir Azərbaycan
yazıçılarının antologiyası” polyak dilində
çap
olunub. Həmin antologiyaya Qəşəm Nəcəfzadənin
“Bənövşə” hekayəsi daxil edilib.

Bu günlərdə
Qəşəm Nəcəfzadənin ingilis dilində "Axşam
əhvalatları" kitabı nəşr olunub. Şerləri
ingilis dilinə Sevil Gültən çevirib. Kitabın
redaktoru Qərb Universitetinin müəllimi
Aytən Abbas Əzimovadır.

Bu günlərdə
Qəşəm Nəcəfzadənin rus dilində "Çevrilmə" kitabı
nəşr olunub. Şerləri rus dilinə Səyavuş
Məmmədzadə, Nicat Məmmədov və Qiya Paçxataşavili
çevirib. Kitabın redaktoru tərcüməçi-şair Səlim
Babullaoğludur.

Bu il "Azərbaycan" jurnalının 2-ci sayında Qəşəm Nəcəfzadənin yeni şerləri dərc olunub.

Bu il "Ulduz" jurnalının 2-ci sayında Qəşəm Nəcəfzadənin yeni
hekayələri çap olunub.

Ötən il "Drujba Narodov" jurnalının 3-cü sayında
tanınmış tənqidçi Əsəd Cahangirin "Qloballaşma
və millilik: Dilemmadan çıxış yolu nədədir?"
məqaləsində Qəşəm Nəcəfzadənin yaradıcılığlına
geniş yer ayırılıb.
Bu il Qəşəm Nəcəfzadənin Moskvada “Pravda”
nəşriyatında “Slovo o jizni” şeirlər kitabı
çap
olunacaq.
Bu günlərdə Gürcüstanin “Gogians Tayms”
dövlət qəzetində Qəşəm Nəcəfzadənin Gürcü
dilində yeni şeirləri dərc edilib.
Bu ilin mart ayında rus dilində Moskvanın
“Pravda” nəşriyyatında cap olunacaq poeziya
almanaxına Qəşəm Nəcəfzadənin 35 seçmə
şeiri
salınıb.
Bu ilin sonunda Qəşəm Nəcəfzadənin Türkiyənin
“Ötüken” nəşriyyatında “Akşam serüvenleri”
kitabı çap olunacaq.
|